×
A
A
A
Sazlamalar

® Əlavə heç bir şey. “Galaxy Z Fold4” həyatımızı necə asanlaşdırır (və rəngarəng edir)?

“Samsung”dan yeni qatlanan smartfon – “Galaxy Z Fold4”ün buraxılması bir daha sübut edib ki, qatlanan telefonlar erası heç yerə getməyib. Əksinə, bu cür cihazların pərəstişkarları üçün “ikinci gənclik” gəldi - klassik dizayna əlavə olaraq, smartfonlarda işləməyi, məzmuna baxmağı və oyun oynamağı sevənlər tərəfindən yüksək qiymətləndiriləcək çoxfunksiyalılıq əlavə edilib.

Hər kəsin qarşılaşa biləcəyi bir vəziyyət: Tətildəsiniz. Bununla belə, tənqidi təqdimata təcili dəyişikliklər edilməlidir və bunu sizdən başqa heç kim edə bilməz. “Multi-Windows” və “Drag-and-Drop” (“Samsung”un “Microsoft” ilə əməkdaşlığının nəticələrindən biri məhz budur) ilə proqramları dəyişmədən bir sənədin hissələrini digərinə sürükləyib buraxmaq mümkündür.
“Galaxy Z Fold4 IPX8” suya davamlı olaraq qalır, yəni siz onu çimərlikdə və ya hovuz kənarında təhlükəsiz istifadə edə bilərsiniz.
“S Pen”dən istifadə edin və eyni ekranda videokonfranslarda iştirak edin. Önəmli olanı qaçırmamaq üçün qeydlər aparın. Heç bir əlavə əşyalara ehtiyac yoxdur.
Geniş ekran və canlı rənglər sevimli oyunlarınızdan həzz almağa imkan verir. Sizə heç bir əlavə qurğu lazım deyil - sadəcə olaraq, smartfonunuzu açmaq lazımdır.
Qatlanan zaman “Galaxy Z Fold4” bir əllə idarə etmək asan olan 6,2 düymlük ekrana malik müasir smartfondur. Smartfonunuzu açın və 7,6 düymlük əsas ekranla həqiqətən məzmuna qərq olun. Minimal ekran çərçivələri və gözə dəyməyən ekran altındakı kamera detallara diqqət yetirmədən baxışdan həzz almağa imkan verəcək.
“Samsung Galaxy Z Fold4” telefonunu “Samsung”un Azərbaycandakı rəsmi distribüterlərindən ala bilərsiniz.
“Samsung Azərbaycan” şirkətinin rəsmi internet səhifəsinə (www.samsung.com/az) daxil olaraq məhsul haqqında ətraflı məlumat əldə edin.

İKT 2022-11-21 12:53:00