×
A
A
A
Sazlamalar

“Qara Pantera: Vakanda əbədi” filmi bu gündən “CinemaPlus” kinoteatrlar şəbəkəsində

Bakı, 10 noyabr, AZƏRTAC

“CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən etibarən “Marvel Studiyası”nın istehsalı olan Amerika superqəhrəman filmi - “Qara Pantera: Vakanda əbədi” filminin nümayişinə başlayır.
AZƏRTAC xəbər verir ki, Rayan Kuqlerin rejissor və ssenari müəllifi olduğu filmdə baş rolları Letişia Rayt, Martin Friman və Tenoç Uerta canlandırıb.
“Black Panther: Vakanda əbədi” gizli şəkildə inkişaf etmiş və təcrid olunmuş Afrika xalqı - Vakandanın həyatından bəhs edən ikinci “Marvel” Komiks filmidir.
Film rus, ingilis və türk dillərində nümayiş etdirilir.

Teatr və kino 2022-11-10 18:00:00