“Kibertəhlükəsizlik potensialının artırılması” layihəsi çərçivəsində təlim təşkil olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “Kibertəhlükəsizlik potensialının artırılması” (Cyber Security Capacity Building) layihəsi çərçivəsində oktyabrın 24-28-də əməkdaşlar üçün təlim təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ADA Universitetində keçirilən təlimi Koreya Universitetinin 5 eksperti aparıb.
Təlimdə nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 22 nümayəndəsi iştirak edib.
Proqramın sonunda sertifikatların təqdimat mərasimi keçirilib. Tədbirə RİNN-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Fidan Fərzəliyeva və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin rəhbəri Moon Jong Hyun qatılıb.
Qeyd edək ki, RİNN-nin “Kibertəhlükəsizlik potensialının artırılması” layihəsi 2020-ci ildə KOICA-nın 2021-2023-cü illər üçün elan etdiyi qrant proqramının qalibi olub. Layihə çərçivəsində 3 il ərzində kibertəhlükəsizlik üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
2130 IMEI koda “klon” statusu verilib
Azərbaycanda yüksək ixtisaslı kadrlar yetişdirən Kibertəhlükəsizlik Mərkəzi yaradılıb
® "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir
® “Azercell” “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir