×
A
A
A
Sazlamalar

“Avatar 2: The Way of Water” filmin xronometrajı üç saatdan çox olacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Rejissor Ceyms Kameronun çəkdiyi “Avatar 2: The Way of Water” ekran əsəri üç saatdan çox davam edəcək. Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, sözügedən film Russo qardaşlarının çəkdiyi “Qisasçılar: Oyunun sonu” (üç saat iki dəqiqə) və Kemeronun “Titanik”i (üç saat 14 dəqiqə) ekran əsərlərilə yanaşı, ən uzun filmlər siyahısına daxil edilib. Ümumilikdə, "Avatar 2" təxminən üç saat on dəqiqə davam edəcək ki, bu da, birinci hissədən 29 dəqiqə çoxdur.
“Avatar 2: The Way of Water” ailələrinin sağ qalması üçün mübarizə aparan keçmiş dəniz piyadası Ceyk Salli (Sem Uortinqton) və Neytiridən (Zoe Saldana) bəhs edəcək. Filmin dekabrın 14-də dünya miqyasında nümayişi planlaşdırılır.

Teatr və kino 2022-10-31 16:09:00