×
A
A
A
Sazlamalar

“Hekayəti-xırs quldurbasan” tamaşası Gənc Tamaşaçılar Teatrın səhnəsində

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Gənc Tamaşaçılar Teatrında M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, tamaşa əsərin nəşrinin 150 illiyinə həsr olunur.
Tamaşanın quruluşçu rejissoru Хаlq artisti Cənnət Səlimova, Quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Rolları Əməkdar artist Qurban İsmayılov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva və başqaları canlandıracaq.
Qəhrəmanların düşdüyü komik vəziyyətlər tamaşaçıya xoş ovqat aşılayır. İmkanlı ailədən olan qorxaq Tarverdi, evlənmək istədiyi gözəl Pərzad, bu qızı dərin məhəbbətlə sevən, yolunda ölümə hazır olan Bayram, qazanc əldə etmək üçün min cür oyun quran Zalxa və onun əri Namaz, səyahət edən Franz Fox, onun rəfiqəsi Mariya Adamovna və başqaları müxtəlif səhnə oyununda çox gülməli vəziyyətə düşürlər. Tamaşaya rəng qatan iki obraz da var: Ayı və Meymun. İnsanların bir-birinin başına açdıqları oyunlarda bu iki heyvanın da öz rolu, öz oyunu var. Gözəl musiqisi, geyimləri olan bu tamaşada tamaşaçı həm dincəlir, həm ürəkdolusu gülür, həm də müəllifin ağıllı ideyası ətrafında düşünür.



 

Teatr və kino 2022-10-21 14:30:00