×
A
A
A
Sazlamalar

® “Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70 faiz endirimlə istifadə etmək fürsəti verir. İngilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə “FluentWorlds” və 7,70 AZN ödəməklə “Lingokids” tətbiqlərindən yararlana bilərlər. Üstəlik, “Nar” abunəçilərinin hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınamaq fürsəti var.

Bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. “FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. “Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.
“Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı “nar.az/fluentworlds” və “nar.az/lingokids” səhifələrindən əldə edə bilərsiniz.
“Nar” endirimi olmadan “FluentWorlds” üçün aylıq abunə haqqı 16,99 AZN, “LingoKids” üçün isə 25,50 AZN-dir. Tətbiqləri “App Store” və “Play Store”dan yükləmək mümkündür.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərir.
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İKT 2022-10-14 13:23:00