® “Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının yeni mövsümü başlayıb. Yeni mövsümdə 3 divizionun - Bakı, Regional və Tələbə divizionlarını təmsil edən yarış hər həftənin bazar günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.
Qaydalara görə il ərzində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Hazırki mövsümdə “Bilik” kubokunu qazanan komanda ötən mövsümün qalibi olan “Nar” komandası ilə Breyn Rinq üzrə 2022-ci ilin Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, elm və təhsilin inkişafına dəstək “Nar”ın əsas KSM istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı “nar.az” səhifəsindən əldə etmək olar.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb