×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 35 yoluxma faktı qeydə alınıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 820 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 673 nəfər müalicə olunaraq sağalıb, 9 min 903 nəfər vəfat edib. Aktiv xəstə sayı 1339 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 973, bu günə qədər isə ümumilikdə 7 milyon 238 min 737 test icra olunub.

Səhiyyə 2022-09-26 16:41:00