Sentyabrın 25-də Azərbaycanda COVID-19 əleyhinə 751 doza vaksin vurulub
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 751 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 176, ikinci doza vaksinlərin sayı 161, üç və daha çox doza vaksinlərin sayı 370, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 44-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 886 min 579, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 579, ikinci mərhələ üzrə 4 milyon 866 min 941, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 377 min 614, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 445-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar