×
A
A
A
Sazlamalar

ÜST-nin Dəyərləndirmə Missiyası Azərbaycandakı işini tamamlayıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 5 günlük ekspert missiyası Azərbaycandakı işini 57 səhiyyə işçisinin qatıldığı müzakirə ilə tamamlayıb. Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tibb Universiteti, Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu, Bakıda və bölgələrdə yerləşən tibb kollec və müəssisələrinin təmsilçilərinin, eyni zamanda, ÜST və UNICEF ekspertlərinin qatıldığı tədbirdə ölkənin səhiyyə ehtiyacları və onların effektiv həlli yolları müzakirə edilib.
Missiyanın ölkədəki görüşləri və səhiyyə müəssisələrindəki qiymətləndirmələri ilə yanaşı, müzakirənin nəticələri ÜST-nin Azərbaycanın səhiyyə sisteminin transformasiyası və gücləndirilməsi səylərini ən effektiv şəkildə necə dəstəkləməyə dair planlamasında əsas məlumat mənbəyi rolunu oynayacaq.

Səhiyyə 2022-09-24 14:02:00