×
A
A
A
Sazlamalar

"Davam" Gənclər Hərəkatı növbəti təlim keçirib

Bakı, 24 sentyabr, AZƏRTAC

"Davam" Gənclər Hərəkatı tərəfindən “İnfomüharibə ayı” çərçivəsində “Beynəlxalq sosial mediada işğaldan azad edilmiş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihənin ilk təlimi təşkil olunub.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında keçirilən təlim zamanı mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilir.

Cəmiyyət 2022-09-24 08:18:00