×
A
A
A
Sazlamalar

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Bakı, 8 may, AZƏRTAC

Son günlərdə ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraitində dəyişiklik müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraiti qeyri-sabit, yağıntılı keçir.
Mayın 9-da və 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 19-24 dərəcə isti olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun aparıcı mütəxəssis sinoptiki Leyla Mədətova jurnalistlərə müsahibəsində deyib.
"Bölgələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda, mayın 9-da əksər rayonlarda, mayın 10-da isə əsasən dağlıq və dağətəyi rayonlarda havanın arabir yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 20-25 dərəcə, dağlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir", - deyə L.Mədətova bildirib.

 

Cəmiyyət 2024-05-08 16:43:00