×
A
A
A
Sazlamalar

Filarmoniyada bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Oktyabrın 14-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, musiqili gecədə ilk dəfə Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək. Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək.

Mədəniyyət 2022-09-20 12:55:00