“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində
Bakı, 8 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ümummilli Liderin xatirəsinə həsr olunan “Sən elə bir zirvəsən!” tamaşası yenidən nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada teatrın solistləri Əməkdar artistlər Səidə Şərifəliyeva, Fərid Əliyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Eleonora Mustafayeva, İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, Sübhan Rüstəmov, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.
Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.
Xatırladaq ki, teatrın ötən mövsümündə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə hazırlanan bu layihə Gəncə, Şəki, Mingəçevir və Lənkəran şəhərlərində də uğurla nümayiş olunub.
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib