×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 520 yoluxma faktı qeydə alınıb

Bakı, 12 avqust, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 520 yoluxma faktı qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 804 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 min 203 nəfər müalicə olunaraq sağalıb, 9 min 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 194 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 446, bu günə qədər isə ümumilikdə 7 milyon 88 min 294 test icra olunub.

Səhiyyə 2022-08-12 16:46:00