Qeyri-adi muzey VİDEO
Bakı, 2 avqust, AZƏRTAC
Niderlandın Rotterdam şəhərindəki qeyri-adi memarlıq tikililərindən biri olan Depot Boijmans Van Beuningen çox maraqlı incəsənət nümunəsi sayılır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “MVRDV” layihə bürosu tərəfindən təqdim edilən bina unikallığı ilə seçilir. Burada hər kəs 151 min obyektdən ibarət tam muzey kolleksiyası ilə tanış ola bilər.
Bu kompleksin restoranı və dam örtüyü parkı var: memarlar tikintidən əvvəl bu ərazidə nə qədər ağac olubsa, o qədər də əkiblər.
Bina əsasən müəyyən quruluşa malik 6609 kvadratmetr şüşə, 1664 güzgü panelindən ibarətdir. Hündürlüyü 39,5 metr olan dairəvi muzey 15 min kvadratmetr sahəsinə baxmayaraq şəhər mühitinə tam inteqrasiya olunub.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib