×
A
A
A
Sazlamalar

Göyçayda tikinti-quraşdırma işlərinə 2,8 dəfə çox vəsait ayrılıb

Göyçay, 2 avqust, AZƏRTAC

Göyçay rayonunda 2022-ci ilin ilk altı ayında iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 2 milyon 516, 8 min manat vəsait ayrılıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 69,6 faiz çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yarım ildə əsas kapitala ayrılan vəsaitin 96,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Tikinti-quraşdırma işlərinə 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2,8 dəfə çox vəsait ayrılıb.
Yarım ildə istifadə olunan investisiyanın 950,5 min manatı dövlət mülkiyyətinin, 1 milyon 566,3 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Kənd təsərrüfatı 2022-08-02 18:20:00