×
A
A
A
Sazlamalar

Afrikada keçirilən beynəlxalq idman oyunları “Azerspace-1” peyki üzərindən yayımlanır

Bakı, 20 iyul, AZƏRTAC

Azərkosmos əməkdaşlıq etdiyi qlobal media yayım şirkətləri ilə birgə Afrika regionundakı beynəlxalq idman oyunlarını “Azerspace-1” peyki üzərindən yayımlayır.
Qurumdan AZƏRTAC-a bildirilib ki, cari ilin birinci yarısında Afrika regionuna daxil olan ölkələrdə keçirilən Beynəlxalq Otüstü Xokkey Federasiyasının (FIH) kişi xokkeyi üzrə yarışları, “Afrika Basketbol Liqası”, “Bundesliqa”, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FİFA) və “La Liqa”nın oyunlarının ən maraqlı anları Afrika, eləcə də digər qitələrdəki milyonlarla televiziya tamaşaçısına “Azerspace-1” peyki vasitəsilə yüksək keyfiyyətdə və fasiləsiz olaraq çatdırılıb.
Qeyd edək ki, Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri Afrika qitəsini əhatə etməklə qitənin 2/3 hissəsinə internet və yayım xidməti göstərir. Bu xidmətlər Azərkosmos və “Globecast”, “İKO Media”, “Telemedia”, “Bagira Group” və bu kimi digər qlobal media şirkətləri ilə əməkdaşlıq sayəsində təqdim olunur.

İKT 2022-07-20 22:33:00