×
A
A
A
Sazlamalar

Amerikalı qadının 53 il əvvəl göldə itirdiyi üzük tapılıb

Bakı, 15 iyul, AZƏRTAC

Kaliforniya gölündə çimərkən üzüyünü itirən alabamalı qadının zinət əşyası 53 ildən sonra göldə balıq tutan cütlük tərəfindən tapılıb.
AZƏRTAC United Press agentliyinə istinadla xəbər verir ki, Dana Skott Laflin 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Berriess gölündə üzərkən üzüyü suya düşüb. Onun oğlu bir neçə gün əvvəl həmin göldə balıq tutarkən üzüyü tapan və sahibini müəyyənləşdirməyə çalışan cütlükdən mesaj alıb.
Qadın fotoşəkillərə baxaraq adının baş hərflərinin və oxuduğu məktəbin adının həkk edildiyi üzüyün ona məxsus olduğunu təsdiqləyib. Tapılmış üzük poçtla sahibinə göndərilib.

 

Bu maraqlıdır 2022-07-15 13:25:00