İnfeksiyaların Profilaktikası və Nəzarət sisteminin gücləndirilməsi üzrə Milli Strategiya hazırlanıb
Bakı, 1 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan İnfeksiyaların Profilaktikası və Nəzarət (İPN) sisteminin gücləndirilməsi və milli İPN proqramının yaradılması üçün ölkəyə aktiv dəstək olur.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, ÜST-nin Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə mərkəzi və Azərbaycan ölkə ofisi, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və ÜST-nin həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində İPN-nin əsas komponentləri üzrə qiymətləndirmə aparılaraq hesabat hazırlanıb. Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə yerli səhiyyə qurumları və institutlarının formalaşdırdığı İPN üzrə İşçi Qrupu təsis edilib. ÜST-nin texniki dəstəyi ilə İPN İşçi Qrupu ÜST-nin İnfeksiyaların Profilaktikası və Nəzarət və İnfeksiyaların Profilaktikasının Qiymətləndirilməsi Vasitəsinə Nəzarət (IPCAT2) alətləri əsasında özünüqiymətləndirmə prosesini başa çatdırıb. Nəticələrə əsasən, İPN üzrə Milli Strategiya hazırlanıb.
Aşura günü ilə bağlı qanvermə aksiyasında 1 893 nəfər iştirak edib
Donorluğun həyat üçün çox böyük əhəmiyyəti var
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 121 yoluxma faktı qeydə alınıb