×
A
A
A
Sazlamalar

Balaca teatrsevərləri nağıllar aləminə aparan Durna balığı

Bakı, 1 iyul, AZƏRTAC

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 3-də rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.
Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.
Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. Onu da qeyd edək ki, bu üçlük tamaşada 7-dən artıq personajı canlandırmaqla, eyni zamanda, iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub.

 

 

Teatr və kino 2022-07-01 14:20:00