×
A
A
A
Sazlamalar

İSİM Avropada tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS ölkələrarası şəbəkə toplantısına qoşuldu

Bakı, 1 iyul, AZƏRTAC

COVID-19 pandemiyası dövründə əksər insanlar düzgün məlumat əldə etməkdə çətinlik çəkirdi, digər tərəfdən isə sosial media yanlış mesajların və dezinformasiyaların daha surətlə yayılması baxımından ənənəvi KİV ilə müqayisədə daha yüksək risk yaradırdı.
AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, bu səbəbdən İSİM Avropada tibbi savadlılıq vəziyyətini öyrənən M-POHL-HLS ölkələrarası şəbəkə toplantısına qoşuldu. Keçirilən toplantıda bir daha vurğulanıb ki, hazırda tibbi savadlılığın artırılması insanları və cəmiyyəti COVID-19 pandemiyası dövründəki kimi fövqəladə hallara hazırlamaq üçün çox vacib hesab olunur.
Pandemiya başladığı dövrdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhali arasında COVID-19 pandemiyasına münasibəti öyrənən 6 mərhələli sorğu keçirdi. Sorğunun nəticələrindən məlum oldu ki, əhalinin məlumatlılıq səviyyəsi informasiyaları anlamaq və təhlil etmək üçün lazımi səviyyədə deyil. Odur ki, iştirakçıların əksəriyyəti peyvənd olunmaq, pandemiya dövründə təhlükəsizlik qaydalarına riayət etmək və sağlam həyat tərzi sürmək istəmirdi.

Səhiyyə 2022-07-01 11:12:00