×
A
A
A
Sazlamalar

ÜST-nin həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində vebinar keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində ÜST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Önder Ergönülün təqdimatında “Uzunmüddətli COVID-19 və COVID-19 xəstələrində reabilitasiya” mövzusunda vebinar keçirilib.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, 250-dən artıq tibb işçisinin iştirak etdiyi tədbirdə COVID-19 infeksiyasının müalicəsi ilə bağlı ən son yeniliklərlə yanaşı, ÜST-nin “Reabilitasiyaya dəstək: COVID-19 ilə bağlı xəstəlikdən sonra özünü idarəetmə” bələdçisinin Azərbaycan dilinə tərcüməsi təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində Önder Ergönül “COVID-19 xəstəliyinin diaqnostika və müalicəsi üzrə müvəqqəti təlimat”ın yenilənməsi üçün milli işçi qrupuna dəstək olub. Təlimat koronavirus xəstələrinin idarə edilməsi, diaqnostikası və müalicəsində iştirak edən və səhiyyə müəssisələrinin bütün səviyyələrində çalışan tibb işçiləri üçün hazırlanıb.

Səhiyyə 2022-06-30 12:25:00