×
A
A
A
Sazlamalar

Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən mindən artıq e-xidmət təklif olunur

Bakı, 31 may, AZƏRTAC

Ölkə üzrə iqtisadiyyatın rəqəmsallaşdırılması ilə bağlı vəziyyət necə səciyyələndirilə bilər?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, rəqəmsal iqtisadiyyatın qurulması ilə bağlı fikirlərini bölüşən Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbovanın sözlərinə görə, Azərbaycan bir çox sahələrdə innovativliyə və inkişafa meyilliliyi ilə seçilir.
M.Talıbova qeyd edib ki, daim yeni qlobal trendlərin ölkəmizə gətirilməsi və tətbiqi aktualdır. 2020-ci ilin məlumatlarına əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2 faiz olub. 2005-2019-cu illər ərzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda yaradılmış əlavə dəyər 320 milyon manatdan 1 milyard 279 milyon manata qədər artıb: “Bu gün Azərbaycanda “bir pəncərə” sistemi ilə 450-dən çox dövlət xidməti elektron formada təqdim olunur. Ümumilikdə isə dövlət və özəl qurumlar tərəfindən 1000-dən artıq e-xidmət təklif olunur. İKT sektoru strukturunda mobil telefon rabitəsi 41 faiz payla birinci yerdədir və ölkənin 100 faizi tam mobil şəbəkə ilə əhatə olunur. Son 7 il ərzində mobil elektron imza ilə 100 milyondan çox tranzaksiya həyata keçirilib ki, bununla da yüz milyonlarla iş saatına qənaət edilib”,-deyə Rəqəmsal Ticarət Qovşağının rəhbəri bildirib.

 

 

İKT 2022-05-31 13:24:00