×
A
A
A
Sazlamalar

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Samsunda keçirilən konqresdə iştirak ediblər

Bakı, 27 may, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri Vəfa Ağayeva və Aygün Abıyeva Türkiyə Respublikasının Samsun şəhərində keçirilən 12-ci Ümummilli Tibb Təhsili Konqresində iştirak edib.
AZƏRTAC İSİM-ə istinadla bildirir ki, nümayəndə heyətinin tərkibinə Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, 1 və 2 nömrəli Baza Tibb Kollecləri və Gəncə Tibb Kollecinin də nümayəndələri daxildir.
Konqresdə iştirakın məqsədi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin səhiyyədə işçi qüvvəsinin gücləndirilməsi sahəsində apardığı işləri paylaşmaq, Azərbaycanda tibb və sağlamlıq elmləri üzrə müəllim kimi fəaliyyət göstərən və gələcəkdə birgə layihələrdə təlimçi kimi iştirak edəcək şəxslərin müvafiq bilik və bacarıqlara yiyələnmələrinə töhfə vermək olub.
Konqresdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının moderatorluğu ilə Azərbaycanda tibb elmləri sahəsindəki son yeniliklərə həsr olunmuş xüsusi panel sessiya keçirilib.

Səhiyyə 2022-05-27 16:57:00