×
A
A
A
Sazlamalar

Azərbaycanda 28-dək yerli telekanal HD keyfiyyətində yayımlanır

Bakı, 24 may, AZƏRTAC

“Azərspace-1” telekommunikasiya peykindən yayımlanan Azərbaycanın televiziya kanalları yanvarın 28-dən HD (High Definition – yüksən dəqiqlikli) formatda yayıma keçib.
Bu barədə Azərkosmosun hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, telekanallar Azərkosmos, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ilə birgə razılığa əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 28-dək yerli kanallar HD keyfiyyətində yayıma başlayıb.
Qeyd edək ki, televiziya kanalları “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə HD formatda yayımlanır.

İKT 2022-05-24 16:40:00