Cenevrə Beynəlxalq Aeroportunda yanğın səbəbilə uçuşlar təxirə salınıb
Cenevrə, 20 may, AZƏRTAC
Mayın 20-də Cenevrə Beynəlxalq Aeroportu yaxınlığında baş vermiş yanğın səbəbilə uçuşlar təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, yanğın hava limanı yaxınlığında tikilən qaçqınların qəbul məntəqəsində baş verib. Yanğın nəticəsində qaz balonlarında partlayışlar baş verib. Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, ümumilikdə beş partlayış baş versə də, xəsarət alan olmayıb.
Binaların dam örtüyü üçün nəzərdə tutulmuş materialların yanması nəticəsində havaya qalxan qara tüstü hava limanı üzərində görüntünü çətinləşdirib. Bu səbəbdən hava limanına enişlər təxirə salınıb, təyyarələr digər hava limanlarına yönəldilib. Təyyarələrin startına isə pilotların fərdi qərarı ilə icazə verilir.
Axşam saatlarında təyyarələrin normal uçuş cədvəli yenidən bərpa olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir