×
A
A
A
Sazlamalar

“Microsoft” virtual reallıq üçün əlcək icad edib

Bakı, 23 aprel, AZƏRTAC
“Microsoft” virtual reallıq üçün əlcək icad edib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, əlcəklər virtual obyektləri götürərkən fiziki toxunma əksini təmin edəcək. “Microsoft” mühəndisləri əlcəyin arxasına xüsusi güc mexanizmi yerləşdirməyi, onu sensorlar və yığcam mühərriklərlə təchiz etməyi təklif ediblər.
Virtual reallıq obyektlə təmas halında sensorlar mühərriklərə siqnal göndərəcək, bu da obyektlə toxunuşu simulyasiya edəcək. Patentə əsasən, ixtira edilmiş qurğu peşəkar mühitdə və videooyunlarda istifadə üçün nəzərdə tutulub. Əlcəklər “Xbox”da virtual reallıq oyunlarında istifadə oluna bilər.

Bu maraqlıdır 2022-04-23 17:09:00