×
A
A
A
Sazlamalar

Nazir: İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiyanın tezliklə qəbulu gözlənilir

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının uzun müddət üzərində çalışdığı 2022-2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiya artıq hazırdır və yaxın zamanda onun qəbulu gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, bu strategiya çərçivəsində Azərbaycan informasiya təhlükəsizliyi sahəsində də regionun və dünyanın aparıcı dövlətlərindən biri olacaq.

 

İKT 2022-04-22 18:41:00