×
A
A
A
Sazlamalar

Rəşad Nəbiyev: Ötən il dünya iqtisadiyyatı kiberhücumlardan təxminən 6 trilyon dollar zərər görüb

Bakı, 22 aprel, AZƏRTAC

Dünya İqtisadi Forumunun ötən il dərc etdiyi qlobal risk hesabatında kibertəhdidlər dünyada üzləşdiyimiz ən ciddi risklərdən biri kimi qeyd edilib. Belə ki, ötən il dünya iqtisadiyyatının kiberhücumlardan çəkdiyi ziyan təxminən 6 trilyon dollar olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, artıq 2021-ci ildə bu rəqəm 4 dəfə artıb. Belə ki, ötən il hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş verib.

İKT 2022-04-22 17:56:00