×
A
A
A
Sazlamalar

Münhen küçələrinə “günəş” avtobusu buraxılıb

Bakı, 2 aprel, AZƏRTAC

Almaniyanın Münhen şəhərinin küçələrində “günəş” avtobusu fəaliyyətə başlayıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu tip nəqliyyat vasitələrinin istehsalı ilə bağlı yaradılmış sistemi sınaqdan keçirmək üçün sərnişindaşıma ilə məşğul olan “MVG” şirkəti Münhenin şəhər marşrutlarına “günəş” avtobusu göndərib.
Şirkət nümayəndələri avtobusun gələcəyinə böyük ümid bəsləyirlər. Onların fikrincə, yaratdıqları texnologiya təkcə şəhər nəqliyyatı ilə bağlı vəziyyətə deyil, həm də bütün nəqliyyat sisteminə müsbət təsir göstərə bilər.

Bu maraqlıdır 2022-04-02 18:54:00