×
A
A
A
Sazlamalar

İtaliyanın Latsio regionunda evlənən hər kəsə 2 min avro veriləcək

Roma, 2 mart, AZƏRTAC
İtaliya rəsmiləri paytaxt Romanın da yerləşdiyi Latsio regionunda evlənən cütlüklərə 2 min avro veriləcəyini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, “Latsio aşiq” adlı layihə koronavirus pandemiyasının mənfi təsir göstərdiyi toy sənayesini canlandırmaq məqsədi daşıyır. Layihə paytaxt Roma ilə yanaşı, Tivoli, Latina, Viterbo və Pomezia kimi məşhur şəhərlər də daxil olmaqla ümumilikdə 13 şəhəri əhatə edir.
Sözügedən yardımdan əcnəbilər də yararlana biləcəklər. Layihə üçün ümumilikdə 10 milyon avro ayrılıb.
Bildirilib ki, maliyyə dəstəyindən yararlanmaq üçün 2023-cü ilin yanvar ayının sonuna qədər müraciət etmək olar.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Bu maraqlıdır 2022-03-02 13:29:00