×
A
A
A
Sazlamalar

“Warner Bros.” studiyası “Yarasa adam” filminin Rusiya premyerasını ləğv edib

Bakı, 2 mart, AZƏRTAC

Film Studiyası “Warner Bros.” Ukraynadakı vəziyyətə görə Mett Rivzin "Yarasa adam" filminin Rusiya premyerasını ləğv edib.
AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, premyera martın 2-də keçirilməli idi. Filmin süjetinə görə boz Cəngavər eyni anda bir neçə super cani ilə qarşılaşır, onlardan biri də Riddlerdir.
Film martın 1-də bütün dünyada təqdim olunub.
Filmdə baş rolu Robert Pattinson oynayıb. "Yarasa adam" filmində Zoe Kravitz, Pol Dano, Ceffri Rayt, Con Turturro, Piter Sarsqaard və başqaları çəkilib.

Teatr və kino 2022-03-02 12:10:00