×
A
A
A
Sazlamalar

“Amazon Studios” “Ülgüc üzərində qaçan” franşizasının birinci bölümü üzərində işləyir

Bakı, 12 fevral, AZƏRTAC

“Amazon” korporasiyasının bir hissəsi olan “Amazon Studios” “Ülgüc üzərində qaçan” franşizasının birinci bölümü üzərində işləyir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, layihə “Ülgüc üzərində qaçan 2099” (Blade Runner 2099) adlanır. Plana görə serial “Ülgüc üzərində qaçan” (1982) və “Ülgüc üzərində qaçan 2049” (2017) filmlərinin davamı olacaq.
Franşizanın ilk hissəsinin rejissoru Ridli Skott bu dəfə icraçı prodüser kimi fəaliyyət göstərəcək.

Teatr və kino 2022-02-12 14:19:00