×
A
A
A
Sazlamalar

“Kvant sıçrayışı” elmi-fantastik seriyalının davamı çəkilir

Bakı, 11 fevral, AZƏRTAC

Kanadalı aktrisa və rejissor Helen Şaver NBC-nin pilot layihəsi olan “Kvant sıçrayışı” elmi-fantastik seriyalın rejissoru və icraçı prodüseri təyin olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb. Ekran əsərinin tam hüquqlu serial olub-olmayacağı hələ dəqiqləşdirilməyib.
Layihənin aparıcı prodüserləri “Gotham” filmində çalışan Stiven Lilien və Brayan Vinbrandtdır. Orijinal seriyalın yaradıcısı Donald Pol Bellisario layihənin icraçı prodüseri kimi çıxış edir.
Hazırda yeni “Kvant sıçrayışı”nın süjeti müasir dövrdə cərəyan edir. Doktor Sem Bekketin “Quantum Leap” sürətləndiricisinə daxil olmasından və yoxa çıxmasından 30 il keçib və sürətləndiricinin yaradılmasının sirlərini açmaq ümidi ilə layihəni yenidən başlatmaq üçün yeni komanda toplanır.
Orijinal “Kvant sıçrayışı” filmində Sem Bekketi Skott Bakula canlandırıb. O, öz rolunu təkrarlamaq və ya yeni bir layihəyə prodüserlik etmək niyyətində olmasa da, filmdə rol almaq haqqında danışıqlar aparır.

 

Teatr və kino 2022-02-11 16:38:00