×
A
A
A
Sazlamalar

“Yura dövrün aləmi: Hökmranlıq” filminin yeni treyleri

Bakı, 11 fevral, AZƏRTAC

“Universal Pictures” şirkəti “Yura dövrün aləmi: Hökmranlıq” filminin yeni treylerini yayımlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, filmdə hadisələr dinozavrların sərbəst buraxıldığı əvvəlki hissədəki hadisələrdən dörd il sonra cərəyan edir.
Rollarda Kris Pratt, Mamudu Ati, Lora Dern, Brays Dallas Hovard, Ceff Qoldblum və başqaları çəkilib. Filmin rejissoru Kolin Trevorroudur.
Filmin Rusiya premyerası iyunun 9-na planlaşdırılıb.

Teatr və kino 2022-02-11 14:31:00