×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrı balaca tamaşaçıları unutmayıb

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları üçün Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova və Asya Atakişiyeva canlandıracaq.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Teatr və kino 2022-02-10 12:24:00