×
A
A
A
Sazlamalar

“Peri film” studiyası “Sara hara?” çoxhissəli filminin iki seriyasını çəkib

Bakı, 8 fevral, AZƏRTAC

Prodüser Rəşid Ağamalıyevin rəhbərlik etdiyi “PERİ FİLM” studiyası uşaqlar üçün “Sara hara?” (rejissor və prodüser Vəfa Əli) seriyalının iki seriyasını çəkib.
AZƏRTAC xəbər verir ki, bundan əlavə Həsən Pastacının rejissorluluğu ilə IV ANIMAFİLM Beynəlxalq Animasiya Festivalı üçün treyler təqdim olunub.
Qeyd edək ki, studiyanın “Toxum” layihəsi (ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə) Mədəniyyət Nazirliyinin “Böyük Qayıdış” müsabiqəsinin pitçinq mərhələsində iştirak edib. “PERİ FİLM” şirkəti, həmçinin ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və animasiya kursları (ANİMAFİLM School) təşkil edir.

 

Teatr və kino 2022-02-08 15:05:00