×
A
A
A
Sazlamalar

Ağdaşda ötən il 166,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub

Ağdaş, 25 yanvar, AZƏRTAC

Ağdaşda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsidir və ötən il rayonda məhsul istehsalının ümumi həcmi əvvəlki illə müqayisədə 13,6 milyon manat artaraq, 166,6 milyon manata çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, 2021-ci ildə bitkiçilik sahəsində məhsul istehsalı 9,1 milyon manat artaraq, 66,6 milyon manat olub. Heyvandarlıq sahəsində isə artım 4,5 milyon manat təşkil edib və bu sahədə istehsal 100 milyon manata çatıb.

Kənd təsərrüfatı 2022-01-25 14:43:00