×
A
A
A
Sazlamalar

Uşaqlara cəsarəti və dürüstlük təlqin edən “Çippolino” yenidən səhnədə

Bakı, 17 oktyabr, AZƏRTAC

Yanvarın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Çippolino” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Yelena Matsxanaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxanaşvilidir.
Coni Rodarinin məşhur “Çippolino” əsəri Kukla Teatrının repertuarında da özünün uğurlu səhnə həyatını yaşayır. Məşhur italyan müəllifin “Çippolinonun macəraları” nağıl-povesti əsasında səhnələşdirilən tamaşa cəsarətli soğancıq (italyan dilindən tərcümədə bu mənanı verir) oğlanın bütün maraqlı xüsusiyyətlərini rəngarəng çalarlarla tamaşaçıya çatdırır. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancığın mübarizəsi tamaşanın əsas qayəsidir. Balaca soğancıq daim meyvə-tərəvəzlərin nağıl aləminin qəhrəmanı, onların mühafizəçisi kimi də anlaşılır. Qəddar Limon, zalım Pomidor, lovğa Albalının bütün əməllərini ifşa edir. Sadiq dostları sayəsində qalib gələn soğancıq oğlan bu mənada yaxşı nümunədir. Uşaqlara qorxmazlığı, cəsarəti və hər zaman dürüst olmağı təlqin edir.

Teatr və kino 2022-01-17 18:05:00