×
A
A
A
Sazlamalar

“Kinopoisk” platforması “Tərcüməçi” filminin Rusiya və MDB üzrə distributoru olacaq

Bakı, 14 yanvar, AZƏRTAC

“Kinopoisk” platforması Rusiya Federasiyası və MDB üzrə Qay Riçinin “Tərcüməçi” adlı yeni filminin bütün hüquqlarının prodüseri və distributoru olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yandex”in mətbuat xidməti məlumat yayıb.
Yeni filmin çəkilişləri yanvarın 24-də başlayacaq. Əfqan tərcüməçisi ilə birgə pusquya düşən ABŞ ordusunun çavuşundan bəhs edən yeni trillerdə Ceyk Cillenhol rol alacaq.
ABŞ-da yayımlanmasına cavabdeh “MGM” şirkəti olacaq. “Amazon Prime Video” isə filmi Avropa, Avstraliya, Kanada, Latın Amerikası və Cənubi Afrikada nümayiş etdirəcək.
Qeyd edək ki, filmi istehsal edən STX və Toff Guys əvvəllər Riçinin son üç filmi - “Centlmenlər” (2019), “İnsanın qəzəbi” (2021) və “Fortuna əməliyyatı: Qalib olmaq sənəti” (2022) üzərində işləyib.

Teatr və kino 2022-01-14 18:37:00