×
A
A
A
Sazlamalar

Yaponiyanın “NTT” şirkəti 6G şəbəkəsini sınaqdan keçirəcək

Tokio, 1 yanvar, AZƏRTAC

Yaponiyanın “NTT” telekommunikasiya şirkəti 2025-ci ildə Osakada keçiriləcək “Expo-2025” sərgisində 6G rabitə texnologiyalarını sınaqdan keçirəcək.
AZƏRTAC xəbər verri ki, bu barədə yanvarın 1-də “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, şirkətin mütəxəssisləri sərgi çərçivəsində tədbir iştirakçılarının və qonaqların istifadə edə biləcəyi şəbəkəni yaratmaq üçün əsas infrastrukturun hazırlanmasına başlayıblar. Layihə barədə yeni ildə ətraflı məlumat veriləcəyi qeyd edilir.
Həmçinin bildirilir ki, 6G şəbəkəsinin şirkətin mövcud “IOWN” naqilsiz optik rabitə texnologiyaları əsasında hazırlanacağı gözlənilir. Bu texnologiyalar optik siqnalları çevirmədən məlumatları emal etməyə imkan verir ki, bu da gecikməni və enerji istehlakını azaldır.
Osakada keçiriləcək “Expo-2025” sərgisində yeni mobil xidmətlər, eləcə də “metakainatda” virtual sərgi fəaliyyət göstərəcək. Həvəskarlar virtual sərgidə avatarlardan istifadə etməklə iştirak edə biləcəklər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2022-01-01 12:10:00