×
A
A
A
Sazlamalar

Yaponiyada ikirejimli nəqliyyat vasitələrinin istismarına başlanılıb

Tokio, 26 dekabr, AZƏRTAC

Yaponiyanın qərbində yerləşən “Asa Coast Railway Co.” dəmir yolu şirkəti həm rels üzərində, həm də yolda hərəkət edən ikirejimli nəqliyyat vasitəsinin (DMV) kommersiya istismarına başlayıb.
AZƏRTAC Yaponiya KİV-inə istinadla xəbər verir ki, hibrid nəqliyyat vasitəsi ilk dəfə dekabrın 25-də Tkuşima prefekturasının Şikoku rayonunda hərəkətə start verib. Bildirilir ki, bu, dünyada ilk belə nəqliyyat vasitəsindən kommersiya məqsədilə istifadə olunur.
Qeyd edək ki, ilk DMV prefekturanın cənub hissəsində günorta saatlarında marşruta buraxılıb. Nəqliyyat vasitəsində 18 sərnişinin olduğu, onların sayının koronavirus pandemiyasına görə azaldıldığı bildirilir.
Stansiyaya çatan avtobus dəmir təkərlərini endirərək qatara çevrilib və Koçi prefekturasının qərbində yerləşən şəhərə istiqamət götürüb.
Şirkətdən bildiriblər ki, nəqliyyat vasitəsini dəyişmədən hərəkətə imkan yaradan DMV-lər daha çox sərnişinin cəlb olunmasına səbəb olacaq. Belə ki, sərfəli olmayan dəmir yolu qatarının bu nəqliyyat vasitəsi ilə əvəz olunması yerli turizmin inkişafına mühüm təsir edə bilər.
DMV-nin ilkin olaraq 50 kilometr məsafədə hərəkət edəcəyi də qeyd edilir.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2021-12-26 09:32:00