×
A
A
A
Sazlamalar

Şərur rayonunda yeni meyvə bağı salınıb

Şərur, 7 dekabr, AZƏRTAC

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Çərçiboğan kəndi ərazisində bir hektar ərazi hamarlanıb, torpaq münbitləşdirilib, əkin üçün yararlı hala salınıb. Burada yerli şəraitdə yetişdirilən 360 ərik tingi əkilib. Yeni əkilən tinglər suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Aksiyada rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri fəallıq göstəriblər. Analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

 

 

Kənd təsərrüfatı 2021-12-07 11:28:00