×
A
A
A
Sazlamalar

Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında 452 milyon 915 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 21677 ton, süd istehsalı 80767 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4, süd istehsalı isə 1,4 faiz artıb.

Kənd təsərrüfatı 2021-12-02 17:56:00