×
A
A
A
Sazlamalar

Uşaqlar üçün “Piter Pen: Yoxlandiyaya səyahət” tamaşası nümayiş olunacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında məşhur İsveç nasir-dramaturqu, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında hazırlanan “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həllini teatrın quruluşçu rejissoru Anar Məmmədov edib.
Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.
Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir. Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandırırlar.

Teatr və kino 2021-10-28 18:22:00