İlana bənzər qeyri-adi piyada körpüsü
Bakı, 6 sentyabr, AZƏRTAC
Sinqapurdakı ən heyrətamiz körpü sayılan “Henderson Dalğaları” magistral yolun bir hissəsi olmaqla uzun bədənini dayağın ətrafına sırıyan nəhəng bir ilana bənzəyir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 274 metr uzunluğunda olan bu qeyri-adi körpünün inşası “RSP” Memarlıq bürosu və “Ingenieros PTE Ltd” şirkətinin mühəndisləri tərəfindən həyata keçirilib.
Körpünün bir tərəfi tamamilə bağlıdır, digər tərəfi isə möhtəşəm bir mənzərəyə açılır. Skamyalar və masalar ilə təchiz edilən körpü, eyni zamanda, fantastik bir axşam işıqlandırma sistemi ilə bəzədilib.
Körpü yalnız piyadalara açıqdır, buraya hətta velosipedlə və ya skuterlə giriş qadağandır.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib