×
A
A
A
Sazlamalar

Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 537 nəfərdir

 

Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 322 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 247, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 75 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 641-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 811 min 104, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 537 nəfərdir.



Səhiyyə 2021-06-14 18:58:00