×
A
A
A
Sazlamalar

Üç saat ərzində qurulan ev

Bakı, 2 iyun, AZƏRTAC

Latviyanın “Brette Haus” şirkətinin mütəxəssisləri adi yük maşınına yerləşən qatlanan evin layihəsini hazırlayıblar.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, dünyanın istənilən yerinə daşına bilən kompakt ev 3 saat ərzində açılıb-yığıla bilir. Qatlanan ev ekoloji cəhətdən təmiz təbii materiallardan hazırlanıb.
Hazırda şirkət yalnız bir neçə saat ərzində bükülə bilən müxtəlif ölçülü və konfiqurasiyalı yaşayış modulları xəttini təklif edir.

 

Bu maraqlıdır 2021-06-02 18:45:00