×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3 min 694 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1223, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2471 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 798 min 743-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 32 min 54, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 766 min 689 nəfərdir.

Səhiyyə 2021-05-17 16:41:00